FED.az xəbər verir ki, son bir sutka ərzində Bitcoinin qiyməti yenidən 3,33% artaraq 7655 dollar olub. Ethereum 1,44% yüksələrək 469 dollara, eyni zamanda Bitcoin Cash 4,76% dəyər qazanaraq 825 dollara ticarət olunur.
Qeyd edək ki, son bir həftə ərzində Bitcoinin qiyməti 20 %, Ethereumun qiyməti 4,4%, Bitcoin Cashin qiyməti isə 14,6% artıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 289 139 859 615 dollar dəyərindədir.
Bitcoin bahalaşdı – SON QİYMƏTLƏR

09:05
23 İyul 2018