Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti azalıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 4,94% azalaraq 4 523 dollar olub.
Etherumun da dəyəri azalıb, Bitcoin Cashin dəyəri isə artıb.
Belə ki, Bitcoin cash 6,89% artaraq 234 dollar, Etherum isə 7,70% azalaraq 134 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 19-u bahalaşıb qalan 81-i isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 147 089 118 241 $ -dır.
Xatırladaq ki, dünən Bitstamp birjasının birjasından verilən məlumata görə Bitcoin ötən ilin dekabrında 19,666 dollar səviyyəsinə nisbətən hal-hazırda 78% dəyər itirib.
Bitcoin, Mt. Gox'un 2014-ci ildə batmasının və 2011-ci ildə görülən 50 dolların altında ki dib səviyyəsinin sonra bu bitcoinin görülən ən sərt eniş idi.
Bitcoin ötən həftə 6 min dollarlıq uzunmüddətli dəstək səviyyəsini pozduqdan sonra zərərlərini uzadıb. Bitcoin çərşənbə axşamı gününə qədər 4,237.09 dollara qədər geriləyib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Bitcoin alanlar başlarını tutublar
09:39
21 Noy 2018