Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 2,77% azalaraq 3 min 500 dollar olub.
Eyni zamanda Ethereum və Bitcoin Cashin də qiyməti azalıb.
Eləcə də bax: Türkiyədə dollar son 1 ayda ən aşağı həddə enib - QİYMƏT
Ethereumun dəyəri 6,10% azalaraq109 dollar, Bitcoin Cash də 8,20% azalaraq 115 dollar olub.
Dünyanın 100 əsas kriptovalyutasından 6-ı bahalaşıb, qalan 94-ü isə ucuzlaşıb.
Ən çox dəyər qazanan coin 15,96% artıma malik olan “Pundi X” olub.
Ən çox ucuzlaşan coin isə 19,03% dəyər itirən “THETA” olub.
Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 114 892 941 570 dollardır.
“Bitcoin” 3% dəyər itirib – SON QİYMƏT

09:53
28 Yan 2019