Son 1 sutka ərzində Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 0,99% artaraq 3 min 473 dollar olub.Xatırladaq ki, Bitcoin 1 həftədə 4% dəyər itirib.
Eyni zamanda Ethereum və Bitcoin Cashin də qiyməti artıb.
Ethereumun dəyəri 1,39% artaraq 107 dollar, Bitcoin Cash də 3,95% artaraq 117 dollar olub.
Dünyanın 100 əsas kriptovalyutasından 84-ü bahalaşıb, qalan 16-ı isə ucuzlaşıb.
Ən çox dəyər qazanan coin 20,02% artıma malik olan “Everus” olub. Digər coinlərin artım faizi 0,03%-17,05% aralığında dəyişib.
Ən çox ucuzlaşan coin isə 12,34% dəyər itirən “ODEM” olub.
Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 113 915 610 148 dollardır.
“Bitcoin” 1 həftədə 4% dəyər itirib – SON QİYMƏT

11:03
2 Fev 2019