Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti 429 dollar artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti   bu gün 7,72% artaraq  4 022 dollar  olub.
Etherumun  və Bitcoin Cashin də dəyəri artıb.
Belə ki, Bitcoin cash 5,18% artaraq 181 dollar, Etherum  da  7,86% artaraq  115 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 98-i  bahalaşıb qalan 2-i isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 129 256 425 254 $ -dır.
 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
 
 
                                                    
                                                    
                    Bitcoin 1 günə 400 dollar bahalaşdı
                            
                            
                        
                            09:33
                            26 Noy 2018
                        
                        




                
                
                
                
                
                
                
                
                
                
                
                







