Müzakirələri davam etdirsə də Respublikaçılarla Demokratlar ötən həftə ərzində də uzlaşmaya nail ola bilmədilər. Nəticədə boc limiti müzakirələri dilemması növbəti həftəyə də daşınmış oldu.
Mərkəzi Bankın notları şirkətlərə - 9,5 FAİZ GƏLİR QAZANDIRIB
Ötən həftənin son iş gene ABŞ maliyyə naziri Janet Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə borc limiti ilə bağlı yenilənmiş məlumatları bölüşmək üçün daha bir məktub yazıb.
Əvvəlki məktublarında məlumat əldə olunduqca Konqresi məlumatlandırmağa davam edəcəyini ifadə etdiyini xatırladan Yellen, - “Əldə olan son məlumatlara əsasən, iyunun 5-nə qədər Konqres borc limitini artırmasadığı və ya dondurmayacağı təqdirdə Xəzinədarlığın hökumətin öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər resursu olmayacaq”- deyə bəyanat verib.
İyunun ilk iki günündə 130 milyard dollardan çox planlaşdırılmış ödənişlərin həyata keçiriləcəyini bildirən Yellen, bu ödənişlərin Xəzinədarlığı son dərəcə çətin vəziyyətdə qoyacağına diqqət çəkib.
Yellen qeyd edib ki, 5 iyun həftəsi üçün təqribən 92 milyard dollarlıq ödəniş və köçürmə planlaşdırılır, ona görə də Xəzinədarlığın resursları bu öhdəlikləri yerinə yetirmək üçün kifayət etməyəcək.
ABŞ-da borc limiti böhranı ilə yanaşı ötən həftənin son ticarət günü açıqlanan makroiqtisadi məlumatlardan sonra FED-in pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənliklər yenidən artıb.
ABŞ xəzinəsinin nağd pul məbləğinin 76.5 milyard dollardan 49.5 milyard dollara düşdüyünü vurğulayan analitiklər bazarlarda bu gün iki tərəfin razılığa gələ biləcəyi gözləntilərinin gücləndiyini bildiriblər.
Digər tərəfdən, ABŞ-da bu ilin ilk rübündə gözləntilərin üstündə - 1.3% iqtisadi artım qeydə alındı. Həmçinin ilin birinci rübündə fərdi istehlak xərcləri qiymət indeksində artım 4.2% olaraq qeydə alınıb.
Yuxarıda qeyd olunan məlumatlardan sonra valyuta birjalarında FED-in növbəti ay keçiriləcək iclasında faiz dərəcəsini 25 bənd artıra biləcəyi ehtimalları 40%-ə çatsa da, iyun ayında faiz artımı olmasa, iyul toplantısında 0.25%-lik faiz artımı ehtimalı 84% olaraq qiymətləndirilir.caq.
Analitiklər ABŞ-da bu həftə zəngin xəbər təqvimində əmək bazarı, xüsusilə də NFP göstəricilərinin dollar indeksində müşahidə olunan artım tendensiyasının dollar indensində tendensiyanın gedişinıə ciddi təsir edəcəyini vurğulayırlar.
Cari həftə ərzində tərəflər uzlaşma əldə edə bilməsələr, ABŞ höküməti ölkəni növbəti həftələrdə defolt elan etmək məcbutiyyətində qala bilər. Bu isə öz növbəsində birjalarda risk iştahının ciddi dərəcədə azalması səbəbilə ilkin mərhələdə “cash” dollara olan tələbin kəskin artmasına və nəticədə dollar indeksində müşahidə olunan artım tendensiyasının daha da aqressivləşməsinə səbəb ola bilər.
Ötən həftəni də 104 bənd səviyyəsinin üzərində başa vuran DXY-da “buğalar” qiymətləri 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftəni 1.0730 hədlərində tamamlayan EUR/USD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və Almaniyada dərc olunacaq əmək bazarına dair göstəriciləri qeyd etmək olar.
Təhlillərə əsasən EUR/USD məzənnəsində qiymətlər 1.0900 həddinin altında qaldığı müddətdə, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2300 hədlərinə kimi ucuzlaşan funt-sterlinqdə qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışını, Amerikada borc limiti müzakirələrinin gedişini ə veriləcək açıqlamaları izləyəcəklər.
GOLD
Ötən həftə Amerikada günü-gündən artan defolt qorxuları fonunda nəğd dollara tələbin artması səbəbilə qızılın bir unsiya üzrə qiyməti 1941$-a kimi ucuzlaşıb. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin altında qalar və 1920$ həddini aşağıya doğru qırarsa, eniş tendensiyası daha da dərinləşə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.