ABŞ prezidenti Co Bayden və Konqres liderlərinin dünənki görüşündən sonra borc limiti ilə bağlı razılığın əldə ediləcəyi ehtimallarının artması fonunda birjalarda dolların qiymətləri bahalaşıb.
“İnvest-az”ın aktivləri və xalis mənfəəti - KƏSKİN ARTDI - HESABAT
Bayden, Ağ Evdə keçirdiyi mətbuat konfransında borc limiti ilə bağlı məhsuldar müzakirələr apardıqlarını ifadə edərək, ABŞ-ın defolt etmədən razılığa gəlinəcəyinə əmin olduğunu ifadə edib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin MakKarti də bazar gününə qədər borcun limiti ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib.
Nəticədə dollar indeksi 102.58 bənd həddinə kimi yüksəlib. Lakin dollar indeksində artım tendensiyasının qalıcı hal alması üçün “buğalar” DXY-ı 103.50 bənd həddinin üzərinə yüksəltməli və orada möhkəmləndirməlidirlər.
Dollara tələbin artması fonunda qızıl ucuzlaşır. Təhlillərə əsasən hazırda 1980$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1977$-ın altına düşsə, eniş tendensiyası 1966$ və 1952$-a kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.