Son 24 saat ərzində Binance kriptovalyuta birjasının istifadəçiləri bitkoinləri nəzərə almasaq, 1 milyard dollardan çox pul çıxarıblar.
Böyük bitkoin birjası dələduzluqla məşğul imiş - 4,3 MİLYARD CƏRİMƏ
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü CNBC telekanalı Nansen analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, pulların qlobal şəkildə geri çəkilməsinin səbəbləri Binance-in baş direktoru Changpeng Zhao-nun istefası, kriptovalyuta birjasının qanunları pozması və bununla bağlı 4,3 milyard dollar cərimələnməsi olub.
İtkilərə baxmayaraq, Binance hələ də 65 milyard dollardan çox aktivə malikdir və bu, onu qəfil kapital axınına qarşı kifayət qədər davamlı edir.
Binance kriptovalyuta birjası dünyanın aparıcı rəqəmsal aktiv ticarət sistemidir. 2017-ci ildə çinli Çanqpenq Zhao tərəfindən təsis edilib. 2021-ci ildə Çin rəsmiləri Binance veb-saytını və mobil tətbiqini bloklayıblar. Bu qərar hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə addımları çərçivəsində atılıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.