Dünyanın ən böyük kriptovalyuta birjası Binance-nin baş direktoru və həmtəsisçisi Zhao ABŞ prokurorlarının çirkli pulların yuyulması və vergidən yayınma ittihamlarını etiraf edib və istefa verib.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, birja rəhbəri bu qərarını ABŞ-da 2018-ci ildən bəri aparılan araşdırmadan sonra verib.
ABŞ hakimiyyət orqanları ilə şirkət arasında maliyyə münaqişəsi ABŞ Ədliyyə Nazirliyi və Əmtəə Fyuçers Ticarət Komissiyasının iştirakı ilə həll olunacaq. ABŞ hökuməti «Binance»dən dövləğ büdcəsinə 4 milyard dollar ödəməyi tələb edir.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (13-18 noyabr,2023)
Bildirilir ki, üzə çıxarılan dələduzluğu həll etmək üçün razılaşmanın bir hissəsi olaraq, Zhao günahını etiraf edəcək və noyabrın 28-də günortadan sonra Sietl federal məhkəməsinə müraciət edəcək.
Çanqpenq Zhao elan edib ki, kriptovalyuta birjası Binance cinayət qanununun pozulması ilə əlaqədar ABŞ-a 4,3 milyard dollar ödəyəcək.
Azərbaycanda investisiya şirkətlərinin - MOBİL TƏTBİQLƏRİ NECƏ İŞLƏYİR? – SİYAHI - TARİFLƏR
Bu - ABŞ-da cinayət işi üzrə indiyə qədər toplanmış ən böyük cərimələrdən biridir. Ədliyyə Departamenti hesab edir ki, Binance qismən törətdiyi cinayətlərə görə dünyanın ən böyük kriptovalyuta birjasına çevrilib: “Binance öz mənfəətini Amerika xalqının təhlükəsizliyindən üstün tutur.”
Departamentin bəyanatında bildirilir ki, birja əməkdaşları sanksiyaya məruz qalan ölkələrdən olan minlərlə müştəriyə xidmət göstərilməsindən xəbərdar olublar, yəni bilirdilər ki, belə ölkələrdən olan müştərilərlə ABŞ vətəndaşları arasında əməliyyatların aparılması qanun pozuntusudur.
“Ancaq yenə də bunu davam etdirdilər. Binance, ABŞ və İran istifadəçiləri arasında təxminən 900 milyon dollarlıq əməliyyatlar həyata keçirməyə imkan verdi. Bu, həmçinin Suriyada, eləcə də Krım, Donetsk və Luqanskda ABŞ istifadəçiləri ilə istifadəçilər arasında milyonlarla dollarlıq əməliyyatların aparılmasına şərait yaradıb, ABŞ Ədliyyə Nazirliyi bildirib.
Binance həm də bank sirrinin yayılması iddiası ilə üzləşib. ABŞ Ədliyyə Departamenti hesab edir ki, Changpeng Zhao pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün maliyyə institutlarından tələb edən qanunu bilərəkdən pozub.
Binance-in baş direktoru öz Twitter hesabında istefasını elan edib: «Etiraf edirəm ki, bu, emosional baxımdan çətin bir qərar idi. Amma bunun düzgün addım olduğunu bilirəm. Səhvlər etmişəm və onlar üçün məsuliyyət daşımalıyam. Bu, cəmiyyətimiz, Binance və şəxsən mənim üçün daha yaxşıdır», - deyə o yazıb.
Changpeng Zhao bir ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. O, ABŞ-la ekstradisiya müqaviləsi olmayan BƏƏ-də yaşayır.