Son 1 sutka ərzində Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 1,10% artaraq 3 min 499 dollar olub.
Eyni zamanda Ethereum və Bitcoin Cashin də qiyməti artıb.
Ethereumun dəyəri 3,65% artaraq 110 dollar, Bitcoin Cash də 6,35% artaraq 118 dollar olub.
Dünyanın 100 əsas kriptovalyutasından 74-ü bahalaşıb, qalan 26-ı isə ucuzlaşıb.
Ən çox dəyər qazanan coin 20,45% artıma malik olan “Buggyra Coin” olub. Digər coinlərin artım faizi 0,01%-12% aralığında dəyişib.
Ən çox ucuzlaşan coin isə 7,80% dəyər itirən “Holo” olub.
Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 116 010 237 806 dollardır.
Bəzi coinlər 20% bahalaşıb - QİYMƏT

09:41
31 Yan 2019