Bakı Fond Birjasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 20 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: Azərbaycanın ən böyük bankı 20 milyon manatlıq - İSTİQRAZ BURAXIR – GƏLİR İMKANI
FED.az xəbəor verir ki, tədavül müddəti 2 il - 24 ay olan istiqrazların illik gəlirliyi 6% təşkil edir.
Hərracda istiqrazların alınması üçün 9 investor tərəfindən qiymət intervalı 1000 (6%) manat qiymətində 9 sifariş təqdim edilib. Hərrac üzrə kəsmə və ortaçəkili qiyməti də 1000 (6%) manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manat təşkil edib və tam həcmdə yerləşdirilib.