Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni istiqraz buraxılışına hazırlaşır.
FED.az xəbər verir ki, ABB yeni istiqrazları manatla, 2 illik müddətə buraxılacaq, istiqrazların gəlirliyi illik 6% təşkil edir, faizlər hər rüb ödəniləcək.
İstiqraz buraxılışı çərçivəsində hər birinin nominal qiyməti 1000 manat olan 20 min ədəd qiymətli kağız buraxılacaq.
İstiqraz buraxılışı Bakı Fond Birjasında baş tutacaq, buraxılışı ABB-yə məxsus olan «ABB-invest» investisiya şirkəti təşkil edəcək. İstiqrazlar Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yerləşdiriləcək və hərraca 2 gün qalmış bu barədə elan veriləcək.