"VTB Bank" 2024-cü ildə ümumi gəlirini 47 400 000 manata çatdıraraq əvvəlki illə müqayisədə 12 429 000 manatlıq artıma nail olub. Bu, 2023-cü ildəki 34 971 000 manatlıq gəlirlə müqayisədə təxminən 35,5%-lik bir yüksəliş deməkdir. Bankın müxtəlif gəlir mənbələrində də əhəmiyyətli dəyişikliklər müşahidə olunur.
"Bank VTB (Azərbaycan)"ın kredit portfeli 47,8 milyon manat böyüyüb
FED.az xəbər verir ki, kredit faiz gəlirləri ən böyük paya sahib olaraq 2024-cü ildə 27 229 000 manata yüksəlib. Bu göstərici əvvəlki illə müqayisədə 4 467 000 manat çoxdur. Lakin kredit faizlərinin ümumi gəlirdəki payı 65%-dən 58%-ə düşüb ki, bu da bankın gəlir strukturunda müəyyən diversifikasiyanın getdiyini göstərir.
Komissiya haqları da nəzərəçarpacaq artım göstərib. 2023-cü ildə 1 951 000 manat olan bu gəlir 2024-cü ildə 2 518 000 manata çatıb. Bu, 567 000 manatlıq və ya 29%-lik bir yüksəlişdir. Buna baxmayaraq, ümumi gəlirdəki payı 6%-dən 5%-ə enib.
Valyuta əməliyyatlarından əldə edilən gəlir isə 5 809 000 manatdan 9 843 000 manata qalxıb. Başqa sözlə desək, bankın valyuta əməliyyatlarından qazandığı pul 4 034 000 manat və ya 69%-lik bir artım göstərib. Eyni zamanda, bu mənbənin ümumi gəlirdəki payı 16%-dən 21%-ə yüksəlib.
Qiymətli kağızlardan faiz gəlirləri də artıb. 2023-cü ildə 940 000 manat olan bu gəlir 2024-cü ildə 2 014 000 manata yüksəlib. Bu, iki dəfədən çox artım deməkdir. Ümumi gəlirdəki payı isə 3%-dən 4%-ə yüksəlib.
Digər banklarda kreditlərdən gələn faiz gəliri 2 789 000 manatdan 2 921 000 manata yüksəlsə də, ümumi gəlirdəki payı 8%-dən 6%-ə düşüb.
Digər faiz gəlirləri 458 000 manatdan 447 000 manata qədər azalıb, lakin ümumi gəlirdəki pay eyni – 1% olaraq qalıb. Əvəzində digər qeyri-faiz gəlirlərində isə əhəmiyyətli bir sıçrayış olub. 2023-cü ildə 262 000 manat olan bu gəlir 2024-cü ildə 2 428 000 manata yüksəlib. Bu, 9 dəfədən çox artım deməkdir. Ümumi gəlirdəki payı da 1%-dən 5%-ə yüksəlib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
27 229 |
58% |
Komissiya haqları |
2 518 |
5% |
Valyuta əməliyyatlarından gəlirlər |
9 843 |
21% |
QK-a investisiyadan gəlir |
2 014 |
4% |
Digər banklara depozitlərdən gəlirlər |
|
|
Digər banklara kreditlərdən gəlirlər |
2 921 |
6% |
Digər faiz gəlirləri |
447 |
1% |
Digər qeyri-faiz gəlirləri |
2 428 |
5% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
47 400 |
100% |