10 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2006002888 dövlət qeydiyyat nömrəli, 5,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Eləcə də bax: “Bank Respublika"dan 5 milyon manatlıq - İSTİQRAZ TƏKLİFİ
Birjada FED.az-a verilən məumata görə, hərrac zamanı 4 investor tərəfindən 1,000 AZN (8.5%) qiymətindən 4 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 8.5%, faiz ödənişləri isə hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 5,000,000.00 manat təşkil etmişdi.İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 5,000,000.00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 10.06.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.