2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 5 beş milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: “Bank Respublika”nın 5 mln. manatlıq istiqrazları listinqə - DAXİL EDİLİB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 10 iyun 2022-ci il tarixində “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5 min ədəd, hər birinin nominal qiyməti 1000 manat, illik faiz dərəcəsi 8,5%, tədavül müddəti 3 il və kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.