Bakı Fond Birjası (BFB) 2026-ci ilin yanvar-may ayları ərzində birja əməliyyatlarının həcmini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə BFB-də ümumilikdə 19 milyard 425 milyon manatlıq əməliyyat aparılıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə birja əməliyyatlarının həcmi 14 milyard 486 milyon manat və ya 42,7% azalıb. Xatırladaq ki, 2024-cü ilin yanvar-may aylarında BFB-də ümumilikdə 33 milyard 911 milyon manatlıq əməliyyat aparılmışdı.
Ənənəvi olaraq bəhs olunan dövrdə birjadakı əməliyyatların böyük hissəsi – 17 milyard 501 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu birja üzrə ümumi əməliyyatların 90,1%-i deməkdir.
Ötən müvafiq dövrü ilə müqayisədə repo əməliyyatlarının həcmi 11 milyard 570 milyon manat və ya 39,8% azalıb.
Birjada repodan kənar əməliyyatların ümumi həcmi 1 milyard 924 milyon manat olub. Bu rəqəmin 1 milyard 719 milyon manatı və ya 89,3%-i dövlət qiymətli kağızlarının payına düşür.
Bura dövlət istiqrazları ilə əməliyyatlar – 708,4 milyon manat, Mərkəzi Bankın notları – 602,7 milyon manat və ipoteka istiqrazları – 407,5 milyon manat - aiddir.
Korporativ qiymətli kağızlarla əməliyyatların həcmi isə 205,5 milyon manat olub.














