15 Mart 2022-ci il tarixində Bakı Fond Birjası Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində görüş keçirmişdir.
Eləcə də bax: Bakı Fond Birjası ilə Asiya İnkişaf Bankı arasında görüş - KEÇİRİLİB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, Dünya Bankının bu proqramda əsas məqsədi Azərbaycan üçün Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı İnkişaf modulu yaratmaqdır. Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, inkişaf perspektivləri müzakirə edilmişdir.
Bu proqram çərçivəsində Dünya Bankı 7-17 mart tarixində virtual, 12-28 aprel tarixlərində isə fiziki olaraq Bakıda görüşlər keçirməyi planlaşdırır.