15 Mart 2022-ci il tarixində Asiya İnkişaf Bankı ilə Kiçik və Orta Sahibkarlığın Kapital Bazarlarında iştirakına dair görüş keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, keçirilən görüşün məqsədi Asiya İnkişaf Bankının Asiyada Kiçik və Orta Sahibkarlığın Monitorinqi (AKM) nəşri ilə bağlı Bakı Fond Birjası ilə fikir mübadiləsi etmək olub.
Görüş əsnasında ötən il və bu il ərzində Bakı Fond Birjası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Birjanın üzvü olan investisiya şirkətləri və KOBİA-nın tərədaşlığı nəticəsində həyata keçirilən İnvestisiya Səyahəti tədbirlərinin Kiçik və Orta Sahibkarlığın Kapital Bazarları barəsində məlumatlanmasında əhəmiyyəti barədə danışılıb. Bununla yanaşı, görüş zamanı Listinq Məsləhət Proqramının üstünlükləri də vurğulandı və bu proqrama qoşularaq Kiçik və Orta Sahibkarlıq nümayəndələrinin qiymətli kağız buraxılışında dəstək imkanın mövcudluğu bildirilib.