ABŞ Ticarət Departamenti 2022-ci ilin oktyabr-dekabr ÜDM məlumatlarını açıqlayıb. Hesabata görə, ABŞ-da İqtisdaiyyat keçən ilin dördüncü rübündə illik müqayisədə 2.7% böyüyərək proqnozların altında qaldı.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Xatırladaq ki, ABŞ iqtisadiyyatı keçən ilin birinci rübündə 1.6%, ikinci rübündə isə 0.6% gerilədiyi halda, üçüncü rübdə 3.2% artımla açıqlanmışdı.
ABŞ iqtisadiyyatının 2022-ci ildə ehtimal olunandan az böyüməsi FED-in monetar siyasətində yol xəritəsinin necə formalaşacağına dair qeyri-müəyyənlikləri artırır.
Bu səbəbdən də bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq inflyasiya göstəricilərindən olan şəxsi xərclərə dair statistik rəqəmlər dolların major valyutalar qarşısında qiymətlərinə ciddi təsir edə bilər.
Həmçinin bu gün Almaniyada dərc olunacaq ÜDM-in həcminə dair göstəricilər investorların diqqət mərkəzində olacaq.
Bahalaşan dollar qarşısında dəyər itirən qızıl hazırda 1825$-dan təklif olunur. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1820$-ın altına düşərsə, 1800$ və 1780$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.