"Unicapital İnvestisiya Şirkəti" QSC 2021-ci ili 895 min 459 manat xalis mənfəət ilə başa vurub. "Unicapital"ın xalis mənfəəti 2021-ci ilin 1-ci rübündə 99 min 542 manat, 2-ci rübündə 195 min 712 manat, 3-cü rübündə 446 min 729 manat, 4-cü rübündə 153 min 476 manat təşkil edib.
Eləcə də bax: Rusiyadakı vəziyyət bütün MDB-nin istiqraz bazarına - PROBLEM YARADACAQ – TƏHLİL
FED.az xəbər verir ki, ötən il "Unicapital"ın faiz gəlirləri 714 min manat, komissiya gəlirləri 1 miylon 460 min manat, dilinq gəlirləri 1 milyon 17 min manat, digər gəlirləri 21 min manat təşkil edib.
"Unicapital İnvestisiya Şirkəti" audit təsdiqli illik hesabatına görə, şirkət 2020-ci ili 521 min manat xalis mənfəət ilə bağlayıb.
Nizamnamə kapitalı 100%-lik Unibank KB ASC-yə məxsus olan "Unicapital İnvestisiya Şirkəti", 2007-ci ildən qiymətli kağızlar bazarında yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. "Unicapital" yerli və xarici bazarlarda qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir. (Marja)