Azərbaycanın qiymətli kağızlar bazarında yanvar-fevral aylarında investisiya şirkətlərinin dövriyəsi açıqlanıb.
Eləcə də bax: AMB yerli bankların yüksək tələbini qarşılamaq üçün həcmi - 50% Artırıb
FED.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, hazırda bazarda fəaliyyət göstərən 9 investisiya şirkəti bu dövr ərzində Mərkəzi Bankın qiymətli kağızları, Maliyyə Nazirliyinin istiqrazları, korporativ istiqrazlar, repo əməliyyatları və səhmlərlə əməliyyatlar aparıblar.
Yanvar-fevral ayları üzrə 7 şirkət səhmlərlə əməliyyat aparıb və
səhm bazarının ümumi dövriyyəsi 863 milyon 078 min manat təşkil edib.
Səhmlərlə əməliyyatların böyük hissəsi - 3-də ikisi ölkənin ən aktiv investisiya şirkətlərindən olan «İnvest-Az İnvestisiya Şirkəti» QSC-nin payına düşüb.
Belə ki, ilk iki ayda sözügedən şirkətin səhmlərlə əməliyyatlarnın ümumi həcmi 585 milyon 298 min manat təşkli edib ki, bu da ölkədə səhmlərlə aparılan bütün əməliyyatların 68%-ni təşkil edir.
Qeyd edək ki, bundan başqa, "İnvest-Az İnvestisiya Şirkəti" QSC digər qiymətli kağızlar, o cümlədən AMB qiymətli kağızları, Maliyyə nazirliynin istiqrazları və korporativ istiqrazlarla da əməliyyatlar aparır.
Bundan əlavə, şirkət bir qədər əvvəl 3 illik müddətə və illik gəlirliyi 6% olan dollar istiqrazları dövriyəyə buraxıb. Bu – hazırda ölkədə dövriyyədə olan ən yüksək faizli dollar yatırımı üsuludur.