3 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (50101189S dövlət qeydiyyat nömrəli) 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan FED.az-a bildirilir ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və 99.5543 (5.76%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 572.29 milyon manat olmuşdur. Bu da 3.8 dəfə çox olması deməkdir.
Qeyd etməliyik ki, AMB-nin bu hərrac üçün planı əslində 100 mln. manat idi. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-nə qədər artırılır. Lakin, bu hərracda 50% artım olub.
Öncəki hərracda 200 milyon manat təklifə 642.32 milyon manat tələb olmuşdu.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 31 mart 2021-ci ildir.
Xatırladaq ki, AMB-nin qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.