İyulun 28-də “Bakı Texnika Sənaye” ASC səhmdar¬larının növbəti ümumi yığıncağı keçi¬riləcək.
FED.az xəbər verir ki, Sabunçu rayo¬nu, B.Bünyadov küçəsi 11 ünvanında keçiriləcək yığıncaqda:
1. 2022-ci ilin maliyyə balansının təsdiq edilməsi.
2. Dividendlərin bölüşdürülməsi.
3. ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
4. Qanuni təmsilçiyə səlahiyyətlərin verilməsi.
5. Sair məsələlər müzakirə olunacaq.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-adək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.