Bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin illik müqayisəli dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım "Troni İnvestisiya Şirkəti"ndə müşahidə olunub. Bu şirkətin birja dövriyyəsi illik müqayisədə 134 dəfə, yəni 590 milyon 365 min manat artıb.
"Xalq Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsində isə 6,8 dəfə, yəni 1 milyard 691 milyon 792 min manat artım qeydə alınıb.
“İnvest-Az İnvestisiya Şirkəti”ndə artım 2,1 dəfə və ya 1 milyard 146 min manat təşkil edib
Bazarın liderlərindən olan “PAŞA Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 79,7% və ya 17 milyard 102 milyon manat artıb.
"İnno Kapital İnvestisiya Şirkəti" ASC-nin dövriyyəsindəki artım 47%, başqa sözlə 76 milyon 189 min manat təşkil edib.
Capital Partners İnvestisiya Şirkətinin birja dövriyyəsi illik 42,5% və ya 357 milyon 181 min manat böyüyüb.
Ümumilikdə, Azərbaycanın investisiya şirkətləri bu ilin yanvar-oktyabr aylarında əhəmiyyətli dərəcədə böyümə göstəriblər, bəzi şirkətlər isə dövriyyələrini kəskin şəkildə artırıblar.













