13 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin 40 milyon matat məbləğində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycan aviaşirkəti 25 milyon dollar borc alır - 5% GƏLİR TƏKLİFİ
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Qiymətli kağızın ISIN kodu |
AZ2054008688 |
Emissiya həcmi |
40,000,000 manat |
Nominal qiyməti |
1,000 manat |
Hərrac qiyməti |
1,000 manat |
İstiqrazların tədavül müddəti |
26 il (9360 gün) |
Faiz dərəcəsi |
3 % |
Faiz gəlirinin ödəniş müddəti |
6 aydan bir (180 gün) |
Anderrayter |
“İnvest-AZ İ.Ş” QSC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.