“Azərkəndtikinti” ASC səhmdarlarının 23 may 2026-cı il saat 11.00-da keçirilməli olan növbəti ümumi yığıncağı təxirə salınaraq 11 iyul 2026-cı il saat 11.00-da keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbəor verir ki, ümumi yığıncağın əsas mövzusu şirkətin yeni səhm buraxmaqla kapitatını artırması və fəaliyyətini dərpa etməsidir.
Ümumi yığıncaqda müzakirə olunacaq məsələlər
1. “Azərkəndtikinti” ASC-nin fəaliyyətinin bərpa edilməsi.
2. “Azərkəndtikinti” ASC-nin nizamnaməsinə (yeni redaksiyada) əlavə və dəyişikliklər edilməsi, həmin dəyişikliklərin təsdiq olunması və dövlət qeydiyyatına alınması.
3. Cəmiyyətin icra orqanının formalaşdırılması.
4. Cəmiyyətin müşahidə şurası və onun tərkibinin seçilməsi.
5. Cəmiyyətin təftiş komissiyası və onun tərkibinin seçilməsi.
6. Əlavə səhmlər buraxmaq yolu ilə cəmiyyətin nizamnamə kapitalının artırılması.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlərə baxılmasıdır.
Ümumi yığıncaq “Azərkəndtikinti” ASC-nin inzibati binasında, yəni Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44 nömrəli binanın 2-ci mərtəbəsində keçiriləcək.














