Mayın 10-da Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri bu il fevralın 24-dən bəri ilk dəfə 1 milyard manatı keçib.
Azərbaycanda investisiya məqsədli qızıl pulların satışı başlandı – QİYMƏTLƏR, SİYAHI
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, notların ümumi dəyəri mayın 4-ü ilə müqayisədə 60 milyon manat artaraq 1 milyard 20 milyon manata çatıb.
Xatırladaq ki, AMB ötən il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 7,37 %, 7,74 %, 8,26 % və 8,9 %-dir. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.