"Bakı Fond Birjası" QSC (BFB) oktyabrın 11-12-də İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində onlayn keçirilən “16th OIC Exchanges Forum”da iştirak edib.
Eləcə də bax: BFB-də Asiya İnkişaf Bankı və PwC Azərbaycan-la görüş - KEÇİRİLİB
FED.az bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, tədbirdə kapital bazarının inkişaf perspektivləri və bu istiqamətdə mümkün əməkdaşlıqdan danışılıb.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxs, o cümlədən 6 bank, 11 investisiya şirkəti və 3 Türkiyə təşkilatıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.