12 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjası, Asiya İnkişaf Bankı və PwC Azərbaycan arasında görüş keçirilib.
Birjadan FED.az-a bildirilib ki, görüşdə Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.