27 iyun 2020-cu il tarixdə saat 11:00-da “Ay-Ata” Açıq Səhmdar Cəmiyyətinin ofis binasında (Bakı şəhəri, Nizami Rayonu Əlişir Nəvai küçəsi, 5) səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: “Azmetko KSA” mənfəətini səhmdarları arasında bölüşdürəcək - İCLAS
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar Cəmiyyətinin rəhbər orqanlarının və təftiş komissiyasının hesabatları haqqında;
2. Səhmdar Cəmiyyətinin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi haqqında;
3. Səhmdar Cəmiyyətinin mənfəət və zərər hesabatlarının təsdiq edilməsi haqqında;
4. Səhmdar Cəmiyyətinin mənfəət və zərərinin bölüşdürülməsi haqqında;
5. Səhmdarların ərizələri haqqında.