Birja

“Azmetko KSA” mənfəətini səhmdarları arasında bölüşdürəcək - İCLAS

“Azmetko KSA” mənfəətini səhmdarları arasında bölüşdürəcək - İCLAS | FED.az
11:19 16 May 2020

30 iyun 2020-ci il tarixdə saat 15:00-da “Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Eləcə də bax: “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” şirkəti mənfəətini bölüşdürəcək - İCLAS

FED.az xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. “Azmetko KSA” ASC-nin 2019-cu il üzrə fəaliyyətinə dair illik hesabatın təsdiq edilməsi.

2. “Azmetko KSA” ASC-nin 2019-cu il üzrə illik mühasibat balansının təsdiq edilməsi.

3. 2019-cu ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi, o cümlədən onların məbləği, ödənilmə qaydası, forması və müddətinin müəyyənləşdirilməsi.

4. “Azmetko KSA” ASC-nın Direktorlar (Müşahidə) Şurasının tərkibində dəyişikliklərin edilməsi.

5. İstismarda olan köhnə nəqliyyat vasitələrinin yeniləri ilə əvəz edilməsi.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Ünvan: Bakı şəhəri, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63

Telefon: (4994 12) 450 95 66

Digər xəbərlər