Kriptovalyuta bazarına yatırımlar, təkcə adi insanları deyil, maliyyə sektoruna daha yaxın olan şəxslərə də zərər vurur.
FED.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqardın oğlu kriptovalyutaya yatırdığı vəsaitləri itirib.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (20-24 noyabr,2023)
Bu barədə Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Frankfurtda tələbələrlə görüşdə özü bildirib. O oğlunun kriptovalyutaya investisiyalar hesabına pul itirdiyini bildirib: «O, mənə (yəni Lagardın məsləhətlərinə) tamamilə məhəl qoymadı, lakin bu, onun hüququdur».
«O, ora yatırdığı pulların demək olar ki, hamısını itirdi. Bu, kiçik bir məbləğ idi, amma o, itirdi»-deyən ECB rəhbərinin sözlərinə görə, sonradan oğlu «könülsüz» də olsa, onun haqlı olduğunu etiraf edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.