“S&P Global” tərəfindən açıqlanan yanvar ayı istehsal, xidmətlər və kompozit PMI göstəriciləri ABŞ-da iqtisadi aktivliyin azalmasının davam etdiyinə işarə edib.
ABŞ Maliyyə Naziri Janet Yellen də federal hökumətin 31,4 trilyon dollarlıq borc limitinə çatması səbəbindən ölkənin defoltunun qarşısını almaq üçün yeni tədbirlərin görülməsinin vacibliyinin zəruriliyi haqqında açıqlamalarından sonra Amerikada resessiya ehtimalları yüksəlmiş, eləcə də FED-in fevral toplantısında uçot dərəcələrini ən çoxu 0,25% artıracağına inananların sayı daha da artmışdır. Bu isə öz növbəsində dollar üzərində də təzyiqlərin artmasına səbəb olmuşdur.
Təhlillərə əsasən hazırda 101.50 bənd hədlərinə qərarlaşan Dollar İndeksi 100 bənd hədlərinə kimi geriləyə bilər. Bu da EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.10$ və 1.25$ səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1935$ həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1942$ və 1950$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.