Geridə qoyduğumuz 2022-ci il dünya birjalarında bir sıra maraqlı hadisələrlə yadda qaldı. Xüsusilə qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiyanın qarşısını almaq üçün aparıcı mərkəzi bankların sərt monetar siyasətləri 2022-ci ilə damğa vurdu.
Birjada necə qazanırlar? 2022-də valyuta bazarının lideri – ABŞ DOLLARI OLUB - INVESTAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, baş verənlər dünyanın səhm bazarına, o cümlədən Azərbaycana ən yaxın olan Türkiyə birjalarına da təsirini göstərdi.
Azərbaycanın aparıcı investisiya şirkəti olan «İnvetsAz» İnvestisiya Şirkətinin Tədris və Analiz Departamentinin müdiri Tusi Heydərov 2022-ci ildə Türkiyənin səhm bazarında baş verən prosesləri şərh edərək, ən çox bahalaşan səhmləri təqdim edir.
Heç kimə sirr deyil ki, sərt monetar siyasət və yüksək inflyasiya mühitində resessiya ehtimalları gündəmə gəlir və bu amil birjalarda əsas təhdidedici ünsür rolunu oynayır.
Bəs görəsən belə gərgin iqtisadi mühitdə Türkiyədə, ən çox dəyər qazanan və ən çox ucuzlaşan şirkət səhmləri hansılar oldu?
Türkiyədə “BIST 100” indeksi bu il 190% artımla rekord səviyyəyə çatdı. Hansı indekslər yüksəlişi daha çox dəstəklədi, hansı indekslər ili itkilərlə başa vurmağa hazırlaşır? Hansı səhmlər ilin ən çox qazanan və ən çox itirənləridir?
2022-ci ildə ən çox yüksələn indekslər:
İlk 25 indeks arasında bu il 543% artımla ən yaxşı performansı nəqliyyat sektoru göstərib. İlə 2.445 bəndlə başlayan indeks 16.400 bəndə yüksəldi və görünməmiş bir yüksəliş yaşadı.
İkinci ən yaxşı göstərici 377% ilə elektrik enerjisi sektoru olub. Fevraldakı məhdud enişdən sonra, ardıcıl 9 ayı qazancla bağlayan indeks, bu ay zirvədən geriləsə də, ümumilikdə tarixi artım tendensiyası göstərdi.
Üçüncü yerdə 249% artımla xidmət sektoru qərarlaşıb.
100%-dən yuxarı dəyər qazanan indekslər isə aşağıdakılardır:
Daşınmaz əmlak investisiyaları - 182%
Qeyri-metal mineral məhsullar - 177%
Broker evləri - 163%
Sənaye - 158%
Lizinq və faktorinq - 153%
Qida və içki - 150%
Metal məmulatlar və maşınlar - 147%
Texnologiya - 139%
İnformasiya texnologiyaları - 103%
KOM sənayesi - 110%
Telekommunikasiya - 104%
2022-ci ildə yalnız 3 əsas indeks 100%-dən az yüksəlib. Bunlar 93%-lə turizm indeksi, 69%-lə sadə metallar və 68%-lə idmandır.
Səhm əsasında bu il indeksdəki səhmlərdən yalnız 3-ü ucuzlaşıb, digər səhmlərin hamısı dəyər qazanıb.
2022-ci ilin ən çox dəyər qazanan səhmləri:
“Girisim Elektrik Taahhut Ticaret & Sanayi AS” (GESAN) - 1348% tarixi rekordla birinci yerdədir. “ODAŞ Elektrik Üretim Sanayi Ticaret A.Ş.” (ODAS) - 711%, “Hektaş Ticaret T.A.Ş.” (HECTS) - 629%, “Türk Hava Yolları” (THYAO) - 610%, “Alarko Holding A.Ş.” (ALARK) - 563% artaraq 500%-dən yuxarı bahalaşaraq ən premium səhmlərə çevriliblər.
“Qua Granite Hayal Yapi ve Urunleri Sanayi Ticaret AS” (QUAGR) - 497%, “Global Investment Holdings Inc.” (GLYHO) - 493%, “Pegasus Hava Taşımacılığı A.Ş.” (PGSUS) - 464%, “Tukaş Gıda Sanayi ve Ticaret A.Ş.” (TUKAS) - 412%, “Koza Altın İşletmeleri A.Ş.” (KOZAL) - 436% bahalaşıb.
2022-ci ildə ucuzlaşan səhmlər isə “Akfen Gayrimenkul Yatırım Ortaklığı A.Ş.” (AKFGY) - 37%, “Turk Prysmian Kablo ve Sistemleri A.Ş.” (PRKAB) - 25%, “Trabzonspor Sportif Yatırım ve Futbol İşletmeciliği Ticaret A.Ş.” (TSPOR) - 21% dəyər itirib.
Tusi Heydərov
İnvetsAz İnvestisiya Şirkəti
Tədris və Analiz Departamentinin müdiri
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.