Cümə axşamı ABŞ-da ÜDM-in keçən ilin son rübündə proqnozlaşdırılandan daha çox açıqlanması dolların qiymətlərinə dəstək oldu.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Analitiklər, gözləniləndən daha güclü gələn iqtisadi artım göstəricilərinin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) aqressiv monetar siyasətinə baxmayaraq, ABŞ iqtisadiyyatında "yumşaq eniş" üçün ümidləri artırdığını və resessiya ilə bağlı narahatlıqları azaltdığını bildirirlər.
Təhlillərə əsasən hazırda 101.60 bənd hədlərində qərarlaşan Dollar İndeksi 102 bənd səviyyəsini qıra bilməsə, yenidən geriləyə bilər. Bu da EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.10$ və 1.25$ səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1929$ səviyyəsini qırsa, artım tendensiyası 1934$ və 1942$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.