“Assist Finance İnvestisiya Şirkəti”nin dövriyyəsi 34% azalıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında "Assist Finance İnvestisiya Şirkəti" ASC-nin birja dövriyyəsi 3 milyard 172 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 1 milyard 627 milyon manat və ya 33,9% azalıb.
Bu dövrdə ASC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 141,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 108,5 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 695,6 milyon manat, səhmlər üzrə dövriyyəsi 770,3 min manat, repo əməliyyatları üzrə dövriyyəsi 2 milyard 226 milyon manat olub.
Cari dövrdə “Assist Finance İnvestisiya Şirkəti”nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 28,6 milyon manat və ya 25,4% artıb.
Lakin, dövlət istiqrazları üzrə dövriyyə 288,0 milyon manat və ya 72,6% (yəni 3,7 dəfə) azalıb. Korporativ istiqrazlar üzrə dövriyyə 97,2 milyon manat və ya 12,3% azalıb.
Repo əməliyyatları üzrə dövriyyə 1,25 milyard manat və ya 36% azalıb. Səhmlər üzrə dövriyyə isə 15,3 milyon manat və ya 95,2% (yəni 20,9 dəfə) kəskin şəkildə azalıb.