“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi kəskin artıb, lakin bəzi göstəricilər üzrə xeyli geriləyib.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 1 milyard 940 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 1 milyard 660 milyon manat və ya 6,9 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 8 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 1 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 211,9 milyon manat, səhmlər üzrə dövriyyəsi qeydə alınmayıb, repo əməliyyatları üzrə dövriyyəsi isə 1 milyard 719 milyon manat olub.
Cari dövrdə “Xalq Kapital İnvestisiya Şirkəti”nin korporativ istiqrazları üzrə dövriyyəsi 207,5 milyon manat 47,9 dəfə kəskin şəkildə artıb.
Repo əməliyyatları üzrə dövriyyə isə 1,64 milyard manat və ya 23,3 dəfə böyük artım nümayiş etdirib.
Lakin, ARMB qiymətli kağızları üzrə dövriyyə 170,5 milyon manat və ya 22,4 dəfə azalıb. Dövlət istiqrazları üzrə dövriyyə də 21,4 milyon manat və ya 22,4 dəfə azalıb.
Səhm əməliyyatları isə tamamilə dayanıb.
Yanvar-sentyabr aylarının nəticələrinə görə, “Xalq Kapital İnvestisiya Şirkəti”nin əməliyyatlarının sayı 35 ədəd (42,2%) artaraq 118-ə bərabər olub.