ABŞ-ın elektron ticarət nəhəngi «Amazon»un səhmləri kəskin bahalaşıb, şirkətin təsisçisi və səhmdarı olan Jeff Bezosun sərvəti yenidən yüksəlib. FED.az xəbər verir ki, dünən, iyulun 12-də Nyu-York Birjasında şirkətin səhmlərinin qiyməti 1 755 dollarla başlasa da, gün ərzində 2,37% bahalaşaraq şirkətin tarixində rekod həddə - 1 796,62 dollara çatıb.
Səhmlərin artımı şirkətin bazar dəyərini 20 milyard dollardan sox bahalaşdıraraq 846,5 milyard dollardan 866,5 milyard dollara yüksəldib.
Amazon, bazar dəyəri 951 milyard olan Apple dən sonra, ABŞ-ın ikinci ən böyük bazar dəyərinə sahibdir. Mütəxəsislər bildirir ki, şirkətin dəyərinin və səhmlərinin bu qədər yüksəlməsinin səbəbinin, ildə bir dəfə və bazarertəsi günü başlayan, internet üzərindən keçirlən, 36 saat davam edən "Prime Day" günü ilə bağlıdır.
Eləcə də bax: Dünyanın ən məşhur 10 şirkətinin - SƏHMLƏRİNİN QİYMƏTİ
Amazonun "Prime" üzv istehlakçıları böyük endirimlərlə milyonlarla məhsul əldə edə biləcəyi "Prime Day" zamanı satışlar əvvəlki ilə nisbətən 60 faiz artıb, "Prime Day" -dakı istifadəçilərin sayı isə ötən illə nisbətən 50 faiz artıb.
Amazon səhmlərinin bahalaşması, şirkətin təsisçisi və CEO-su Jeff Bezosun sərvətini də artırıb. Forbes'in Real-Time Milyonerlər Siyahısına görə, Bezosun sərvəti 3,1 milyard dollar artaraq 147,5 milyard dollara yüksəlib. Bununla da Bezos dünyanın ən varlı adamlarının siyahısındakı ilk yerini möhkəmləndirib.
Qeyd edək ki, "Amazon"un, eləcə də istənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
«Amazon»un səhmləri rekord vurdu
15:56
13 İyul 2018