ABŞ-ın texnoloji şirkətlərinin bazar dəyəri Avropadakı bütün şirkətlərin bazar dəyərini üstələyib.
Eləcə də bax: "Tesla"nın səhmləri 1 ildə 9,4 dəfə bahalaşıb - BÜTÜN DÖVRLƏRİN REKORD QİYMƏTİ
FED.az xəbər verir ki, "CNBC"nin "Bank of America" araşdırması ilə hazırlanan xəbərə görə, dünən birjanın bağlananda ABŞ-ın bütün texnoloji şirkətlərinin səhmləri 9,1 trilyon dollar, Avropadakı bütün şirkətlərin bazar dəyəri isə 8,9 trilyon dollar olub.
Təhlillərə görə, 2007-ci ildə Avropadakı şirkətlərin bazar dəyəri ABŞ texnologiya şirkətlərinin bazar dəyərindən dörd qat çox idi.
“Apple” bu yaxınlarda 2 trilyon dolları keçərək tarixdə bu həddi aşan ilk özəl şirkət olub, “Amazon” səhmləri isə son 10 ildə inanılmaz dərəcədə dəyərli olub.
2010-cu ilin avqust ayında səhmləri 175 dollar olan şirkətin dəyəri 20 dəfə artıb.