Dünyanın bazar payına görə, ən böyük şirkətlərindən biri “Amazon”un bir səhminin dəyəri 2 min dolları keçib. FED.az dünya birjalarına istinadən xəbər verir ki, şirkətin səhminin dəyəri 1 il bundan öncə 1.777, 10 il bundan öncə isə 85.76 dollar idi.
Şirkətin səhmlərinin birjalara ilk çıxdığı vaxt, 1997-ci ilin may ayında isə 1.5 dollar olub. Həmin vaxt 1000 dollarlıq "Amazon" səhmi indi 1 milyon 332 min dolara bərabərdir. Və ya, 10 "Amazon" səhmi alanın indi 20 min dolları var idi.
Şirkət 1994-də Jeff Bezos qurub. Şirkətin mərkəzi Vaşinqtondadır
22 il qabaq 15 dollar qoyub indi 20 min dollar götürmək olardı - BİRJA ƏHVALATI

21:11
10 İyul 2019