“Ölmüş” kriptovalyutaların statistikasını aparan Coinopsy saytı apardığı tədqiqat nəticəsində məlum olub ki, 2018-ci ildə kriptovalyuta bazarındaki qiymətlərin kəskin enməsindən sonra 264 altcoin yox oldu. Bu altcoinlərin 55%-i (144 proyekt) 2017-ci ildə İCO vasitəsilə buraxılmış token və koinlər idi.
Eləcə də bax: Azərbaycanda ən çox bu sahənin səhmləri ticarət olunur
Coinopsy saytının məlumatına əsasən 264 kriptovalyuta proyekti 2018-ci ilin əvvəlində aktiv olmasına baxmayaraq 2019-cu ilin yanvar ayına artıq “ölmüş kriptovalyutalar kataloquna” düşdülər. Coinopsy “ölmüş kriptovalyuta” kriteriyaları dedikdə aşağıdakıları nəzərdə tutur: aktiv web saytı yoxdur, sosial şəbəkələrdə heç bir yenilənmə aparılmır, öz elektron cüzdanının olmaması.
Coinopsy deaktiv coin və ya tokenləri 4 qrupa bölür:
- uğursuz İCO proyektlər
- fırıldaqçı proyektlər
- zarafatla buraxılan proyektlər
- yarıda qalmış və ya tərk edilmiş proyektlər
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
kriptoinvest.az