SOCAR tərəfindən buraxılan yeni 100 milyon dollarlıq istiqrazlara abunə yazılışı 29 oktyabrda bitir.
Eləcə də bax: Eləcə də bax: SOCAR istiqrazlarının sahiblərini növbəti faizlər - Ödənilib
“SOCAR Capital” şirkətindən FED.az-a verilən məlumata istinadən, abunə yazılışı yekunlaşdıqdan sonra istiqrazlar investorlar arasında bölüşdürüləcək və 1 noyabr tarixində Bakı Fond Birjasında yerləşdiriləcək. Bölüşdürmə prosesində üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcəkdir.
SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə “PSG Kapital” investisiya şirkətini marketmeyker qismində cəlb etmişdir.
Xatırlatmaq istərdik ki, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4.5%-dir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.