Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının sahiblərinə növbəti faizlər ödənilib.
Eləcə də bax: Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə - Hərrac Keçirilib
FED.az bu barədə “SOCAR Capital” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
5 ilə yaxındır ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin üçüncü, ümumilikdə isə, 19-cu faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə $1.25 milyon gəlir gətiibi. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 23 milyon 750 min dollara yüksəlib (toplam gəlir 25 milyon dollar olacaq.)
Təkrar bazar əməliyyatları həcminin $200 milyonu ötməsi, bağlanmış əqd sayının 2.500–ə çatması və "Bakı Fond Birjası" QSC-də ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazları, 2021-ci ilin ilk yarısında bağlanmış əqdlərin sayına görə ölkənin korporativ istiqraz bazarında 73%-lik paya sahib olub.
SOCAR İstiqrazlarının növbəti və sonuncu kupon ödənişi cari ilin 17 oktyabr tarixində baş tutacaq.