Azərbaycanda fəaliyyət göstərən türk kapitallı iki bankdan biri «Ziraat bank»ın kredit portfeli kiçilib.
Eləcə də bax: «Ziraat Bank»ın vəziyyəti məlum oldu – HESABAT
FED.az xəbər verir ki, 2020-ci ilin yanvar-iyun ayının nəticələri üzrə bankın kredit portfeli 139 241 min manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 6,2 milyon manat və ya 4,2% azdır.
FED.az xəbər verir ki, kredit portfelinin azalması bankın xarici valyutadakı kreditlərinin hesabına baş verib.
Belə ki, ilin əvvəlində bankın xarici valyutadakı kreditləri 56 561 min manat olduğu halda, ilk yarım ilin sonunda bu göstərici 48 273 min manata düşüb.
Bu dövırdə Bankın manatlı kreditəri isə 2 milyon manata yaxın artaraq 90,9 milyon manat olub.