Azərbaycanda fəaliyyət göstərən türk kapitallı iki bankdan biri - «Ziraat Bank Azərbaycan» 2020-ci ilin ilk yarısı üzrə nəticələrini açıqlayıb.
Eləcə də bax:"Ziraat bank"ın vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, ilk 6 ayda banrkın faiz gəlirləri 891 min manat, faiz xərcləri 2 930 min manat olub.
Qeyri-faiz gəlirləri 30-25 min manat, qeyri faiz xərcləri isə 4704 min manat təşkil edib.
Nəticədə bank ilk yarım ildi 3118 min manat əməliyyyat mənfəəti ilə başa vurub.
«Ziraat bank» bu vəsaitin 1,1 milyon manatını itkilər üzrə ehtiyata ayırıb. Qalan 2 milyon 57 min manatdan 303 min manat mənfəət vergisi kimi ödənilib və nəticədə bank yarım ili 1 milyon 747 min manat xalis mənfətlə başa vurub. Bu ötən ilki eyni göstəricidən 3,2% azdır.