«Xalq Bank» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın ən böyük banklarından olan “Xalq Bank” ın gəlir mənbələrini təqdim edir.
Moody’s beynəlxalq agentliyi Xalq Bankın reytinq üzrə - PROQNOZUNU YÜKSƏLTDİ
2023-ci ilin üçüncü rübünün nəticələrinə görə, “ Xalq Bank” ın ümumi gəlirləri 136 milyon 822 min manat təşkil edib. Bank bu göstərici ilə ölkədə 7-ci yeri tutur. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 83 milyon 706 min manatı və ya 61%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 14 milyon 263 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 10%-i deməkdir. Qeyd edək ki, bankın miqyaslarını – aktivlərin və kredit portfelinin həcmini nəzərə aldıqda, komissiya gəlirləri həm məbləğcə, həm də ümumi gəlirlərdəki payı baxımından nisbətən azdır. Daha 4 milyon 846 min manat isə “Xalq Bank” ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 4%-i. Üçüncü rüb ərzində “Xalq Bank” qiymətli kağızlara yatırımlardan 15 milyon 845 min manat gəlir götürüb. Ümumi gəlirlərin 12%-i fond bazarından gəlir. Daha 9 milyon 715 min manat isə “Xalq Bank” ın başqa banklara verdiyi kreditlərdən və depozitlərdən daxil olub.
Ümumiyyətlə, “ Xalq Bank” klassik bank biznesinə üstünlük verən banklardan sayılır – onun gəlirlərinin 85%-i faiz, 15%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
83 706 |
61% |
QK-a investisiyadan gəlir |
15 845 |
12% |
Digər banklara depozitlərdən gəlirlər |
5 309 |
4% |
Digər banklara kreditlərdən gəlirlər |
4 406 |
3% |
Komissiya haqları |
14 263 |
10% |
Valyuta əməliyyatlarından gəlirlər |
4 846 |
4% |
Digər faiz gəlirləri |
7 521 |
5% |
Digər qeyri-faiz gəlirləri |
926 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
136 822 |
100% |