Kommersiya bankı “Unibank” ASC fiziki şəxslərə təklif etdiyi manat və dollarda olan Müddətli depozitinin illik faiz dərəcəsini qaldırıb.
Eləcə dəa bax: "Unibank" birinci yarımili - MƏNFƏƏTLƏ BAŞA VURUB
FED.az biznes portalı Banker.az-a istinadən xəbər verir ki, bankın müddətli depozitinin manatda olan illik ödəniş faizinin dərəcəsi 9.5%-dən 10%-ə qədər qaldırılıb.
ABŞ dollarında olan müddətli depozitin illik faiz dərəcəsini 1.5%-dən 2%-ə yüksəldilib.
Bununla belə bank 6 aylıq ödəniş faizi təklif etməyə başlayıb. Milli valyuta manatda müddətli depozitin 6 aylıq faiz ödənişini 7%-lə, dollarda isə 0.5%-lə təklif edəcək.