2025-ci ilin martın 1-nə Azərbaycan banklarının tikinti sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 411,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu növ kreditlərin həcmi aylıq müqayisədə 39 milyon manat (2,8%), illik müqayisədə 147,2 milyon manat (11,6%) artıb.
Qeyd edək ki, tikinti sahəsinə verilmiş biznes kredit portfeli ötən ayın 1-nə 1 milyard 372,1 milyon manat, ötən ilin eyni dövrünə 1 milyard 263,9 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin martın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 777 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 67,1 milyon manat (0,5%), illik müqayisədə 1 milyard 713,3 milyon manat (13,1%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin fevralın 1-nə 14 milyard 709,9 milyon manat, ötən ilin eyni dövrünə 13 milyard 63,7 milyon manat təşkil edib.