2025-ci ilin martın 1-nə Azərbaycan banklarının orta sahibkarlığa verilən biznes kreditlərinin həcmi 1 milyard 947,9 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu növ kreditlərin həcmi aylıq müqayisədə 82,5 milyon manat (4,4%), illik müqayisədə 1 milyard 794,6 milyon manat (8,5%) böyüyüb.
Qeyd edək ki, orta sahibkarlığa verilən biznes kreditlərinin həcmi 2025-ci ilin fevralın 1-nə 1 milyard 865,4 milyon manat, ötən ilin eyni dövrünə 1 milyard 794,6 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin martın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 777 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 67,1 milyon manat (0,5%), illik müqayisədə 1 milyard 713,3 milyon manat (13,1%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin fevralın 1-nə 14 milyard 709,9 milyon manat, ötən ilin eyni dövrünə 13 milyard 63,7 milyon manat təşkil edib.