2025-ci ilin sonuna “Rabitəbank”ın depozitləri (ümumi) 878 milyon 300 min manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu, illik müqayisədə 201 milyon 81 min manat və ya təqribən 29,7% artım deməkdir.
Depozitlərin (ümumi) əsas hissəsini – 631 milyon 547 min manatını fiziki şəxslərin depozitləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (461 milyon 954 min manat) ilə müqayisədə 169 milyon 593 min manat və ya təxminən 36,7% artıb.
Hesabat dövründə depozit portfeli daxilində ən böyük artım fiziki şəxslərin depozitləri üzrə qeydə alınmışdır.
Hüquqi şəxslərin depozitləri isə 246 milyon 754 min manata bərabər olub. Bu, ötən ilin sonu (215 milyon 264 min manat) ilə müqayisədə 31 milyon 490 min manat və ya təqribən 14,6% artım deməkdir.
Xatırladaq ki, 2024-cü ilin sonuna “Rabitəbank”ın depozitləri (ümumi) 677 milyon 219 min manat olmuşdu.











